"Nyukasl"ın müdafiəçisi Premyer Liqa nəhənglərinin hədəfində

"Nyukasl"ın müdafiəçisi Lyuis Holl Premyer Liqada klubunu dəyişə bilər.

Newsport.az xəbər verir ki, bu barədə "CaughtOffside" məlumat yayıb.

"Mançester Siti", "Liverpul" və "Arsenal" ingiltərəli futbolçunu transfer etmək istəyir. 21 yaşlı mərkəz müdafiəçisi üçün yayda transfer danışıqlarının 65-70 milyon funt-sterlinqdən başlayacağı bildirilir.

Qeyd edək ki, "Nyukasl" Lyuis Hollu 2024-cü ilin yayında "Çelsi"dən transfer edib. İngiltərə U-21 millisinin üzvü bu mövsüm "sağsağanlar"ın heyətində 39 oyunda 1 qol vurub, 1 qol ötürməsi edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right