"Ayaks" "Mançester Yunayted"dən 32 milyon avro tələb edir

"Mançester Yunayted" "Ayaks"da çıxış edən Mika Qodtsu transfer etmək istəyir.

Newsport.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

"Qırmızı şeytanlar" belçikalı vingeri yayda heyətinə qatmağa çalışacaq. Amsterdam təmsilçisi 20 yaşlı futbolçu üçün 32 milyon avro təzminat tələb edir.

Belçika millisinin üzvünü ilə "Mançester Yunayted"dən baş Avropanın bir neçə klubu da maraqlanır.

Qeyd edək ki, Mika Qodts bu mövsüm "Ayaks"ın heyətində keçirdiyi 35 oyunda 14 qol vurub, 11 qol ötürməsi edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right