“Real” İspaniya La Liqasının 28-ci turunda “Elçe”nin qonağı olub.
Newsport.az xəbər verir ki, oyun Madrid klubunun 4:1 hesablı qələbəsi ilə başa çatıb.
“Real”ın türkiyəli yarımmüdafiəçisi Arda Gülər oyunda möhtəşəm qola imza atıb. 21 yaşlı futbolçu təxminən 70 metrdən topu rəqib qapısına göndərib.