"Liverpul"un müdafiəçisini "Real" istəyir

Fransa millisinin müdafiəçisi İbrahima Konate “Liverpul”da qalıb-qalmayacağına hələ qərar verməyib.

Newsport.az "Footmercato"ya istinadən xəbər verir ki, 26 yaşlı futbolçunun təklifləri çoxdur. O, PSJ və “Əl-Hilal”la bərabər, "Real"dan da təklif alıb.

"Liverpul"la müqavilə müddəti 2026-cı il iyunun 30-da başa çatacaq Konate Mersisayd klubunda qalmağı planlaşdırmır.

Amma daha yaxşı şərtlərlə müqavilə təklifi, də karyerasına “Liverpul”da davam etdirmək məcburiyyəti gətirə bilər. “Soşo” və “Leyptsiq”də oynamış Konate 2021-ci ildən “Liverpul”un üzvüdür.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right