“Arsenal” almaniyalı futbolçu üçün mübarizə aparacaq

“Brentford”un futbolçusu Kevin Şad “Arsenal”ın transfer siyahısına düşüb.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, “topçular” 24 yaşlı vingeri qarşıdakı transfer pəncərəsində heyətinə qatmaq üçün mübarizə aparmağı planlaşdırır.

Bildirilir ki, almaniyalı futbolçu ilə “Çelsi”, “Tottenhem” və Avropanın digər böyük klubları da maraqlanır. “Arsenal”ın üstünlüyü isə son illərdə “Brentford” rəhbərliyi ilə qurulan yaxşı münasibətlər ola bilər.

Şad cari mövsümdə Premyer Liqada “arılar”ın heyətində keçirdiyi 26 oyunda 7 qol vurub və 3 məhsuldar ötürmə verib.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right