Haland yayda İspaniya klubuna keçə bilər

“Mançester Siti”nin hücumçusu Erlinq Haland yayda “Real”a keçə bilər.

Newsport.az “One Football”-a istinadən xəbər verir ki, Madrid təmsilçisi 25 yaşlı forvardı heyətinə qatmaq istəyir. “Kral klubu” yay transfer pəncərəsində onun keçidini reallaşdırmaq niyyətindədir.

Norveçli futbolçunun komandadan ayrılması yalnız o halda mümkündür ki, Pep Qvardiola “şəhərlilər”in baş məşqçi postunu tərk etsin.

Halandın klubu ilə müqaviləsinin müddəti 2034-cü ilin iyununun sonuna kimidir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right