"Borussiya" 2 futbolçu ilə yollarını ayıracaq

Mövsümün sonunda iki futbolçu "Borussiya"dan ayrılacaq.

Newsport.az xəbər verir ki, bunlar müdafiəçi Niklas Süle ilə yarımmüdafiəçi Salih Özcandır. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

Dortmund təmsilçisi iki oyunçunun da yayda başa çatan müqaviləsinin müddətini uzatmayacaq. Onlar mövsüm bitdikdən sonra azad agent statusu ilə klubu tərk edəcəklər.

Qeyd edək ki, Niklas Süle və Salih Özcan 2022-ci ilin yayından "Borussiya"da çıxış edirlər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right