Qrem Potterlə müqavilə uzadıldı

İsveç Futbol Assosiasiyası milli komandanın baş məşqçisi Qrem Potterlə müqaviləni uzadıb.

Newsport.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

İngilis mütəxəssisin yeni sözləşməsi 2030-cu ilə qədər qüvvədə olacaq. Potter 2025-ci ilin oktyabr ayından İsveç millisini çalışdırır. Komanda Potterin rəhbərliyi altında iki oyuna çıxıb: 1 heç-heçə, 1 məğlubiyyət.

Xatırladaq ki, İsveç 2026-cı il dünya çempionatının seçmə mərhələsinin pley-offunun yarımfinalında Ukrayna ilə üz-üzə gələcək. Bu matçın qalibi Polşa - Albaniya cütünün qalibi ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right