Konqo Futbol Federasiyasının prezidenti Jan-Qay Blez Mayolas “qara pullar”ın yuyulması, saxta sənədlərdən istifadə, qanunsuz faiz əldə etmək və COVID-19 pandemiyası zamanı FIFA vəsaitlərini mənimsəməkdə günahkar bilinərək ömürlük həbs cəzasına məhkum edilib. Məhkəmə onu əvvəlcə qadın futbolunun inkişafı və təlim mərkəzinin tikintisi üçün nəzərdə tutulmuş vəsaitləri mənimsəməkdə günahkar bilib.
Bu ittihamlara qədər Mayolas FIFA vəsaitlərindən 1,3 milyon dollar, o cümlədən milli qadın milli komandası üçün ayrılmış təxminən 500 000 dolları mənimsəməkdə ittiham olunurdu.
Mayolas 2025-ci ilin may ayının sonlarında Daxili İşlər Nazirliyinin bölməsi olan Mərkəzi Kəşfiyyat və Sənədləşdirmə İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. Qurumun baş katibi Badji Mombo Vantete də saxlanılıb. Hər iki şəxs bütün ittihamları rədd edərək onlara qarşı kampaniya aparıldığını qeyd edib.