Portuqaliya millisinin üzvü ilə yeni müqavilə imzalandı

"Sportinq" Fransişku Trinkanın müqaviləsinin müddətini uzadıb.

Newsport.az xəbər verir ki, bu barədə Lissabon təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Portuqaliya millisinin üzvü ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Sportinq" Fransişku Trinkanı 2022-ci ilin yayında "Barselona"dan transfer edib. 26 yaşlı hücumameyilli yarımmüdafiəçi bu mövsüm komandanın heyətində keçirdiyi 38 oyunda 11 qol vurub, 15 qol ötürməsi edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right