Asensio heyətdən kənarda qaldı

“Fənərbaxça” Türkiyə kubokunda bu gün “Qaziantep”lə qarşılaşacaq.

Newsport.az xəbər verir ki, İstanbul təmsilçisinin yarımmüdafiəçisi Marko Asensio səfər matçını buraxacaq.

İspaniyalı futbolçu matçın iştirak ərizəsində yer almayıb. "TRT Spor"un məlumatına görə, ayağında ağrılar olan ulduz oyunçu klubun həkimlərinin qərarı ilə  bu matçda istirahət edəcək. 

“Qaziantep” – “Fənərbaxça” oyununa Bakı vaxtı ilə saat 21:30-da start veriləcək.

Qeyd edək ki, Asensio bu mövsüm "Fənərbaxça"da 33 oyuna 11 qol vurub, 13 qol ötürməsi edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right