"Barselona"da itkilər

"Barselona"nın müdafiəçiləri Jül Kunde və  Aleks Balde zədələniblər.

Newsport.az xəbər verir ki, hər iki oyunçu İspaniya kubokunun yarımfinal mərhələsinin "Atletiko" ilə cavab matçında sıradan çıxıb. 

AS-ın yaydığı məlumata görə, onlar bud əzələlərindən zədə alıblar. Kundenin zədəsi (kiçik bir yırtıq) ciddi deyil. Onun Çempionlar Liqasının 1/8 final mərhələsində "Nyukasl"a qarşı oyunda oynayacağı gözlənilir .

Baldenin durumu isə daha ciddidir. O, bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq. 

Qeyd edək ki, "Atletiko" ilə cavab oyununda "Barselona" 3:0 hesabı ilə qalib gəlsə də, Madrid təmsilçisi ilk matçda 4:0 hesabı ilə üstün olduğu üçün mərhələ adlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right