Florentino Peresin istefasını istədilər

"Real"ın azarkeşləri klub prezidenti Florentino Peresin istefasını tələb ediblər.

Newsport.az xəbər verir ki, bu, La Liqanın 26-cı turunun "Xetafe" ilə matçından sonra yaşanıb. Həmin oyunda Madrid təmsilçisi 0:1 hesabı ilə uduzub. 

Final fitindən sonra "Santyaqo Bernabeu" stadionundakı azarkeşlər "Florentino istefa versin!" şüarları səsləndiriblər.

Qeyd edək ki, F.Peres 2009-cu ildən "Real"ın prezidentidir. O, 2000-2006-cı illərdə də bu vəzifəni icra edib.

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right