“Milan” hücumçu axtarışlarını davam etdrir. “Rossonyerlər” yayda yeni forvard alacağını dəqiqləşdirib və müxtəlf variantları nəzərdən keçirir.
Newsport.az xəbər verir ki, İtaliya təmsilçisinin əsas hədəfi Seru Girassi və Nikolas Ceksondur. Onlardan birinin keçidinin həll edilməsi ehtimalı böyükdür.
Girassinin bazar dəyəri 40 milyon avrodur. “Milan” isə 29 yaşlı oyunçu üçün Dortmund “Borussiya”sına 18 milyon təklif etmək niyyətindədir. İngiltərədən də müştərisi olan Qvineya əsilli fransalının keçidi çətin görünür.
Ceksonun transferi də çətin olacaq. Milanlıların yüksək ödəniş etmək imkanı yoxdur, “Çelsi” isə Nikolası 45 milyon avrodan ucuz qiymətə satmayacağını bildirib. 3 il öncə “Vilyarreal”dan 37 mlyona alınan 24 yaşlı oyunçunun 2033-cü ilin yayınadək müqaviləsi var. O, hazırda “Bayern”də icarədədir.
Əvəzində İtaliya nəhəngi Andrenin keçidini həll etmək üzrədir. “Korintians”ın 19 yaşlı yarımmüdafiəçisi ilə bağlı bütn detallar razılaşdırılıb. “Milan” Braziliya klubuna 15 milyon avro ödəyəcək. 5 illik müqavilədə 2 milyonluq bonus bəndi də var.