Simeone Lukmanın müdafiə planında inkişafını istəyir

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone komandasının hücumçuları barədə danışıb. Argentnalı mütəxəssis madridlilərdən ayrılması gözlənilən Antuan Qrizmann və yeni transfer Ademola Lukman haqda müsbər fikirlər səsləndirib.

Newsport.az xəbər verir ki, Simeone MLS klublarından birinə getmək üzrə olan Qrizmann barədə qəti fikir bildirməyib: “Antuanla tez-tez danışırıq. Onun bizim üçün nə qədər önəmli olduğunu gözəl bilir. Ona təzyiq göstərməyə və ya məsləhət verməyə ehtiyac yoxdur. Önümzdəki matçlara baxmalıyıq. Zamanı gələndə qərar veriləcək”.

Argentinalı mütəxəssis Lukmanın komandaya tez uyğunlaşmasından məmnundur: “Ademola böyük həvəslə və böuümək arzusu ilə gəldi. Ön xəttdə bizə verdiyi fayda mübahisə doğurmur. Amma müdafiə planında da inkişaf etməsi lazımdır. Buna istedadı çatar. Nigeriya yığmasında bunu bacardığını göstərib”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right