“Barselona”nın yarımmüdafiəçisi Dani Olmo komandasının UEFA Çempionlar Liqasında uğur qazanmaq şansları ilə bağlı sualı cavablandırıb.
Newsport.az “Barca Universal”-a istinadən xəbər verir ki, ispaniyalı futbolçu bunu söyləyib:
“İnsanların oyun tərzimizlə Çempionlar Liqasını qazanmağın mümkün olmadığını deməsi kədərlidir. Amma biz buna nail olmaq üçün nələri inkişaf etdirməli olduğumuzu bilirik”.
Çempionlar Liqasının 1/8 finalının püşkatması fevralın 27-də keçiriləcək. “Barselona” 1/8 finalda ya “Nyukasl”, ya da PSJ ilə qarşılaşacaq.