“Nyukasl”ın hücumçusu durumundan narazıdır

Almaniyanın ən böyük nəşri olan “Bild”in məlumatına görə, “Nyukasl Yunayted”in hücumçusu Nik Voltemad İngiltərə klubundakı mövqeyindən narazıdır.

Mənbənin məlumatına görə, 24 yaşlı alman hazırda Bundesliqaya qayıtmaq üçün variantları araşdırır. O, “Ştutqart”a qayıtmağa və ya 2025-ci ilin yayında onunla maraqlanan “Bayern”ə qoşulmağa hazırdır.

Voltemad 2025-ci ilin avqust ayından “Nyukasl”da çıxış edir. 2025/26 mövsümündə o, 39 matçda 10 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun müqaviləsi 2031-ci ilin yayına qədərdir.

“Transfermarkt” forvardın transfer dəyərini 70 milyon avro olaraq qiymətləndirir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right