"Mançester Yunayted" yayda hücum xəttini gücləndirməyi planlaşdırır.
Newsport.az xəbər verir ki, "qırmızı şeytanlar" "Vulverhempton"da çıxış edən Mateus Manenin xidmətində maraqlıdır. Bu barədə yerli mətbuat məlumat yayıb.
"Mançester Yunayted" artıq İngiltərə U-18 millisinin üzvünün meneceri ilə əlaqə saxlayıb.
Qeyd edək ki, Mateus Mane 2024-cü ildə "Vulverhempton"un akademiyasına cəlb olunub. 18 yaşlı hücumameyilli yarımümdafiəçi bu mövsüm Premyer Liqada keçirdiyi 15 oyunda 2 qol vurub, 2 qol ötürməsi edib.