"Fənərbaxça" "Barselona"da oynamış futbolçu üçün danışıqlara başladı

"Korintians"ın futbolçusu Memfis Depay Avropaya geri qayıda bilər.

Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı futbolçuya “Fənərbaxça”dan təklif gəlib.

Niderlandlı isə tez qərar verməyə tələsmir. Çünki onu “Əl-Əhli”, “Əl-Şabab”(hər ikisi Səudiyyə Ərəbistanı), “Əl-Vasl”(BƏƏ) klublarından dəvəti var.

"Fənərbaxça" onun keçidini həll etmək üçün indidən danışıqlara start verib.

O, karyerası ərzində PSV, “Mançester Yunayted”, “Lion”, “Barselona” və “Atletiko” klublarında çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right