Belçikalı yarımmüdafiəçi Kevin De Bruyne “Napoli”dəki ilk mövsümünün böyük hissəsini buraxmalı olub.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, o, zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalıb.
Kevinin dönüşü artıq uzaqda deyil. O, son tibbi reabilitasiya mərhələsini keçmək üçün Napoliyə qayıdır. Bu isə o deməkdir ki, 35 yaşlı yarımmüdafiəçi martda meydana dönə və yeni komandasına kömək edə bilər.
“Napoli” hazırda A Seriyasında turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.