Millimizin üzvü oynadı, komandası heç-heçə etdi

Futbol üzrə Albaniya çempionatında 24-cü turun oyunları keçirilir.

Newsport.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" səfərdə "Vora"nın qonağı olub. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

Zamiq də bu matçın iştirakçısı olub. 24 yaşlı mərkəz müdafiəçisi görüşə start heyətində başlayıb və 90-cı dəqiqədə əvəzlənib. Əliyev 80-ci dəqiqədə sarı vərəqə ələ cəzalandırılıb.

24 turdan sonra 43 xal toplayan "Eqnatiya" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right