"Sabah"da gözlənilməz ayrılıq Rəsmi

“Sabah” yarımmüdafiəçi Anatoli Nuriyevlə yollarını ayırıb.

Newsport.az xəbər verir ki, 29 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Nuriyev 2022-ci ildən “Sabah”ın uğurları üçün çalışırdı. O, komandanın heyətində 118 oyun keçirib, 12 qola imza atıb, Azərbaycan Premyer Liqasının gümüş və bürünc medallarını qazanıb, həmçinin Azərbaycan Kubokunun qalibi olub.

Masazır təmsilçisi Anatoli Nuriyevə kluba xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right