İtaliyalı mütəxəssis Fabio Kapello futbolda yeni bir inqilabın baş verəcəynə inanır.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, o, müasir futbolda baş verən üç inqilabın adını çəkib və bunun dövri olaraq, təxminən 20 ildən bir təkrarlandığını deyib:
“Futbol inkişaf edir. 1970-ci illərin əvvəllərində “Ayaks”ın total futbolunu xatırlayın, bu, ilk inqilab idi. 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində Arriqo Sakkinin futbolu necə idi? Bu, ikinci inqilab idi. Sonra isə – iyirmi il sonra “Barselona”da Pep Qvardiola dövrü. Bütün bunlar təxminən 20 ildən bir baş verir, ona görə də, tezliklə yeni bir inqilab gözləyirik”.