“Barselona”nın idman direktoru Deku, komandanın yarımmüdafiəçisi Mark Bernalın klubun sabiq oyunçusu Serxio Busketslə müqayisəsinə münasibət bildirib.
Newsport.az “Barca Universal”-a istinadən xəbər verir ki, o, bunu deyib:
“Bernalı Busketslə müqayisə etmək hələ tezdir. Mənim üçün Buskets tarixin ən yaxşı müdafiə yönümlü yarımmüdafiəçisidir. Amma Bernalın istedadı var və inkişaf etməyə davam etməlidir”.
18 yaşlı yarımmüdafiəçi “Barselona”nın yetirməsidir. O, bu mövsüm bütün yarışlarda 18 oyunda meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Futbolçunun Kataloniya klubuyla müqaviləsinin müddəti 2029-cu ilə qədərdir.