"Qalatasaray" ev oyunlarını keçirdiyi "Rams Park" stadionunun tamaşaçı tutumunu artırmağı planlaşdırır.
Newsport.az xəbər verir ki, bu barədə jurnalist Yakup Çınar məlumat yayıb.
İstanbul nəhəngi arenanın tutumunu 60-65 min nəfərə çatdırmaq niyyətindədir. Bunun üçün mövcud oturacaqlar söküləcək və daha kiçik oturacaqlar bir-birinə yaxın şəkildə quraşdırılacaq.
Qeyd edək ki, "Rams Park" hazırda 52 652 azarkeş üçün nəzərdə tutulub.