Bu gecə UEFA Çempionlar Liqasında Liqa mərhələsinin sonuncu turunun oyunları keçiriləcək. 18 matçın hamısı Bakı vaxtı ilə 00:00-a təyin edilib.
“Qarabağ” dünya nəhənglərindən olan “Liverpul”un qonağı olacaqsa, pley-offa yüksəlmək yolundakı əsas rəqiblərimiz də fərqli şəhərlərdə şansını sınayacaq.
“Qalatasaray” da İngiltərə səfərinə yollanacaq. İstanbul təmsilçisi “Mançester Siti” ilə qarşılaşacaq.
Xatırladaq ki, ÇL-də ilk 8 yeri tutanlar birbaşa 1/8 finala vəsiqə qazanır, 9-24-cü yeri tutanlar isə pley-offda oynamaq hüququ əldə edir. 25-36-cı yeri tutanlar isə bu mövsüm üçün avrokuboklarda mübarizəni başa vurur.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 8-ci tur
00:00. “Liverpul” (İngiltərə) – “Qarabağ” (Azərbaycan)
00:00. PSJ (Fransa) – “Nyukasl” (İngiltərə)
00:00. “Mançester Siti” (İngiltərə) – “Qalatasaray” (Türkiyə)
00:00. “Borussiya” (Dortmund, Almaniya) – “İnter” (İtaliya)
00:00. “Barselona” (İspaniya) – “Kopenhagen” (Danimarka)
00:00. “Arsenal” (İngiltərə) – “Kayrat” (Qazaxıstan)
00:00. “Bayer” (Almaniya) – “Vilyarreal” (İspaniya)
00:00. “Atletiko” (İspaniya) – “Bodo-Qlimt” (Norveç)
00:00. “Benfika” (Portuqaliya) – “Real” (İspaniya)
00:00. “Ayntraxt” (Almaniya) – “Tottenhem” (İngiltərə)
00:00. “Brügge” (Belçika) – “Olimpik” (Marsel, Fransa)
00:00. PSV (Niderland) – “Bayern” (Almaniya)
00:00. “Ayaks” (Niderland) – “Olimpiakos” (Yunanıstan)
00:00. “Napoli” (İtaliya) – “Çelsi” (İngiltərə)
00:00. “Monako” (Fransa) – “Yuventus” (İtaliya)
00:00. “Yunion” (Belçika) – “Atalanta” (İtaliya)
00:00. “Atletik” (İspaniya) – “Sportinq” (Portuqaliya)
00:00. “Pafos” (Kipr) – “Slaviya” (Çexiya)