“Dias indiyə qədər birlikdə oynadığım ən yaxşılardan biridir”

“Bayern”in qapıçısı Manuel Noyer komanda yoldaşı Luis Dias haqqında danışıb.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, o, kolumbiyalı futbolçu haqda bunu deyib:

“Dias indiyə qədər birlikdə oynadığım ən yaxşılardan biridir. Bu komandada məşqçi heyətinin rəhbərliyi altında oynamaq böyük zövqdür. Biz birik, ən vacib şey budur”.

Dias 2025-ci ilin iyul ayında 70 milyon avro qarşılığında “Liverpul”dan “Bayern”ə keçib. O, Münhen klubunun heyətində bütün yarışlarda 24 oyunda 14 qol vurub və 11 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right