Bu gün Rusiya Premyer Liqasında səkkizinci turun daha bir oyunu keçirilib.
Newsport.az-ın xəbərinə görə, Moskva derbisində ÇSKA “Lokomotiv”i qəbul edib. Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 33-cü dəqiqədə Ahmet Musa vurub.
Səkkiz turdan sonra turnir cədvəlinə 24 xalla “Zenit” başçılıq edir. ÇSKA ikinci (18 xal), “Kuban” (18) üçüncü yeri tutur.
Turun bundan əvvəlki günlər keçirilən oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
19 sentyabr
“Arsenal” – “Mordoviya”” - 0:1
20 sentyabr
Ufa – Ural – 0:1
“Rostov” – “Zenit” – 0:5
“Kuban” – “Rubin” – 2:1
“Spartak” – “Terek” – 2:1
22 sentyabr
“Amkar” – “Krasnodar”
“Torpedo” – “Dinamo”