"Ayntraxt" "Frayburq"un futbolçusu Ritsu Doanı transfer edib.
Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Frankfurt təmsilçisi yaponiyalı vinger üçün 22 milyon avro təzminat ödəyib. 22 yaşlı oyunçu ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Ritsu Doan ötən mövsüm "Frayburq"un heyətində keçirdiyi 36 oyunda 10 qol vurub, 9 qol ötürməsi edib.