"Borussiya"da ciddi itki

Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda evdə "Arsenal"a 2:0 hesabı ilə qalib gələn "Borussiya" (Dortmund) klubu ciddi itki ilə üzləşib.

Newsport.az-ın "Kicker"ə istinadən verdiyi məlumata görə, komandanın mərkəz yarımmüdafiəçisi Sebastian Kel zədələnərək sıradan çıxıb.

İlk hissədə dizindən zədə alan alman futbolçu fasilədə əvəzlənib. Təcrübəli futbolçunun hansı müddətə sıradan çıxdığı hələlik məlum deyil.

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right