ABŞ-da futbol sahəsində yenilik olacaq qərar qəbul edilib.
Newsport.az-ın məlumatına görə, amerikalılar başla oyunu qadağa qoyub.
Amma bu qadağa 11 yaşa qədər olan futbolçulara aiddir. Belə ki, ötən ilin avqustunda uşaqlar və valideynləri başla oyundan sonra zədələrin sayının çox olması və zədədən sonra komandaların müalicə məsələsində soyuqluqğunu əsas gətirərək yerli futbol federasiyasını məhkəməyə vermişdi.
15 ay davam edən bu məhkəmə işi sonucda 11 yaşa qədər futbolçulara ümumiyyətlə, başla oynamağı qadağan edən qərarla yekunlaşıb. 11-13 yaşlı futbolçular isə yalnız oyunlarda başla topa toxuna bilər.