"Brondbyu”nun məşhur forvardı Yohan Elmander karyerası ilə bağlı önəmli qərar verib.
Newsport.az-ın məlumatına görə,34 yaşlı forvardı ölkəsinin mətbuatına açıqlamasında milli karyerasını başa vurduğunu açıqlayıb. 2002-ci ildən bu yana İsveç millisinin uğurları üçün tərtökən futbolçu artıq getmək millidən getmək vaxtı olduğunu açıqlayıb.
O, bu qərarını yaşı ilə əlaqədar qəbul etdiyini bildirib:
"Hazırda millimizin hücuum xətti gənc və güclü futbolçulardan ibarətdir. Fikrimcə gənc futbolçulara şans verilməsinin vaxtıdır. Belə olduqda isə 34 yaşlı futbolçunun meydanda olması düzgün deyil.”
Qeyd edək ki, Elmander millinin heyətində 85 oyun keçirib və 20 qol vurub.