"Lokomotiv"in baş məşqçisi istefaya göndərildi

"Lokomotiv" (Moskva) klubunun baş məşqçisi Leonid Kuçuk istefaya göndərilib.

Newsport.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, klub prezidenti Olqa Smorodski ilə görüşən belaruslu mütəxəssis komandadan ayrılıb.

İstefanın səbəbləri hələlik məlum deyil. Lakin baş məşqçi ilə rəhbərlik arasında kiçik münaqişənin yarandığı və L.Kuçukun klubun ofisini tərk etdiyi bildirilir.

Qeyd edək ki, ötən mövsümdən "Lokomotiv"i çalışan 55 yaşlı mütəxəssisin komandadan ayrılması yaxın günlərdə rəsmən açıqlanacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right