“Arsenal” futbolçu transferinə görə cərimələndi

İngiltərə Futbol Assosisasiyası "Arsenal”ı cərimələyib.

Newsport.az-ın məlumatına görə, buna London klubunun ötən il Kalum Çembersin transferində yol verdiyi xəta səbəb olub. 
 
Belə ki, "Sauthempton”dan alınan müdafiəçinin keçidi zamanı danışıqlarda iştirak etməyə rəsmi icazəsi olmayan agentin "əli olub”. Bu isə agentlərin işini tənzimləyən qaydanın pozulması deməkdir.
 
Nəticədə "Arsenal” 60 min funt sterlinq məbləğində cərimələnib. Agent Alan Middlton isə 30 min cərimələnib. Ona həmçinin 3 aylıq şərti cəza da verilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right