FİFA prezidenti Yozef Blatter 90 gün ərzində vəzifəsindən kənarlaşdırılıb.
Newsport.az BBC-yə istinadən xəbər verir ki, bu barədə FİFA-nın etika komitəsi bu barədə qərar verib.
Buna səbəb isə FİFA prezidentinin UEFA prezidenti Mişel Platiniyə 1.8 milyon avro verməsi ilə bağlı davam edən istintaqdır.
Qeyd edək ki, Blatter uzun müddətdir ki, FİFA prezidentidir.