Millimizin rəqibində ciddi itki

AVRO-2016-nın seçmə turnirində Azərbaycan millisi ilə eyni qrupda yer alan Xorvatiya millisi ciddi itki ilə üzləşib.

Newsport.az saytının yerli futbol federasiyasının rəsmi saytına istinadən verdiyi xəbərə görə, "damalılar”ın mərkəz müdafiəçisi Deyan Lovren gələn həftə keçiriləcək oyunlarda meydana çıxa bilmıyıcək.
 
Buna "Liverpul”un futbolçusunun İngiltərə Liqa Kubokunda "Karlayl”la matçda topuğundan ağır zədə alması səbəb olub. Millinin baş həkimi Boris Menetsin verdiyi məlumata görə, Lovren topuğun ikinci dərəcəli burxulması diaqnozu ilə 3-4 həftə meydana çıxa bilmyəcək. Bu diaqnoz ona 10 gün əvvəl qoyulsa da, fakt odur ki, müdafiəçi yeni baş məşqçi Ante Kaçiçin debütünü stadiondan izləməli olacaq.
 
Qeyd edək ki, hazırda qrupda 3-cü pillədə qərarlaşan Xorvatiya millisi seçmə mərhələnin bu keçiriləcək son 2 oyunda Bolqarıstanı (10 oktyabr) qəbul edəcək, Maltanın (13 oktyabr) qonağı olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right