"Mançester Yunayted" yeni transferləri ictimaiyyətə təqdim etdi

"Mançester Yunayted" yeni transferləri Radamel Falkao və Deyl Blindi ictimaiyyətə təqdim edib.

Newsport.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, mətbuat konfransında jurnalistlərin suallarının cavablandıran R.Falkao deyib ki, "MY" onun oyun üslübuna daha uyğun olduğu üçün bu komandanı seçib: "Düzgün qərar verdiyimə əminəm".

Həm müdafidə, həm də yarımmüdafiə xəttində oynaya bildiyini söyləyən D.Blind isə matçlarda ən yaxşı oyununu nümayiş etdirəcəyəni deyib.

Mətbuat konfransında sonra hər iki futbolçu "MY"nın baş məşqçisi Luis van Qalla birgə "Old Trafford"da şəkil çəkdiriblər. Ardınca isə Falkao və Blind məşqlərdə iştirak ediblər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right