Fransa Çempionatında VIII tur həyəcanı davam edir.
Newsport.az saytının məlumatına görə, Avropa Liqasının qrup mərhələsində təmsilçimiz "Qarabağ”la eyni qrupda yer alan "Monako” sözügedən turda səfər sınağına çıxıb.
Monakolular səfərdə "Genqam” ilə qarşılaşıb. Məhsuldar keçən matçda qapılara 6 qol vurulub. Qarşılaşma 3-3 hesablı bərabərliklə başa çatıb. Hesabda 3 dəfə önə çıxan "knyazlıq klubu" son dəqiqələrdə buraxılan topla 2 xaldan məhrum olub.
Fransa Liqa-1-i, 8-ci tur
"Genqam” -"Monako” 3-3
Qollar: Privat 30, Banezet 65, 89 // Bernardo Silva 14, Andrea Raggi 45, Nabil Dirar 71.
"Monako”: Subaşiç, Ture (A.Traore, 35), Karvalyo, Uolles, Raccii, Fabinyo, Bakayoko, Dirar, Silva, Lemar (Pasaliç, 65), Əl-Şaaravi (L.Traore, 78).