Fransa çempionatında 7-ci turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi "Monako" da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Monpelye" ilə üz-üzə gəlib. İlk hissədən sonra 2 top fərqi ilə geridə olan Knyazlıq komandası ikinci hissədə 3 qol vuraraq 2:3 hesablı əzmkar qələbə qazanıb.
Qeyd edək ki, "Monako" 11 xalla 10-ci pillədə qərarlaşıb.