Gənc cüdoçularımız Praqada üç medal qazanıblar

Praqada keçirilən gənc cüdoçular arasında Avropa kuboku uğrunda turnir davam edir.

Newsport.az-ın məlumatına görə, turnirdə daha bir cüdoçumuz medal qazanıb. Belə ki, qızlar arasında mübarizə aparan Nərmin Əmirli (+78 kq) üçüncü yer uğrunda çexiyalı Marketain Cerçilovanı məğlub edərək bürünc medala layiq görülüb.

Bununla da gənclərdən ibarət cüdo komandamızın turnirdə əldə etdiyi medalların sayı 3-ə çatıb.

Oğlanların yarışında iki idmançımız - Qasım Vəlizadə (60 kq) və Rəşad Quluzadə (66 kq) gümüş medal qazanıblar.

Avropa kuboku yarışında 33 ölkədən 383 idmançı mübarizə aparır. Azərbaycan turnirə 11 cüdoçu ilə qatılıb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right