Mbappeni fitə basdılar

Bəzi PSJ azarkeşləri hücumçu Kilian Mbappeni klubdakı son ev oyununda fitə basıblar.

Newsport.az xəbər verir ki, 2 gün əvvəl futbolçu bu yay komandadan ayrılacağını açıqlayıb. O, dünən PSJ ilə son ev oyununu keçirib. Mbappe Liqa 1-in 33-cü turunda "Tuluza" ilə görüşdə (1:3) meydana çıxıb.

Matçdan əvvəl PSJ azarkeşləri Mbappeni fitə basıblar. Eyni zamanda, paytaxt təmsilçisinin azarkeşlərinin bir hissəsi fransalı forvardın ev oyununda onun şərəfinə pankart hazırlayıb.

Xatırladaq ki, Mbappe 2018-ci ildən bu klubda çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right