AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb

AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb.

Newsport.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, 33 turdan ibarət çempionatı 75 xalla birinci pillədə tamamlayan “Sabah” komandası 2024/2025 mövsümündə Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək.

“Səbail” 65 xalla ikinci, “Neftçi” 64 xalla üçüncü yeri tutublar. AFFA Gənclər Liqasının ən yaxşı oyunçusu “Sabah”ın futbolçusu Həmzəalı Mikayılov seçilib.

Ən məhsuldar futbolçu isə 33 qolla “Səbail”in üzvü Amir Qəribov olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right