"Real"ın qapıçısı Andrey Lunin gələcəyi ilə bağlı qərar verib.
Newsport.az xəbər verir ki, ukraynalı qolkiper Madrid təmsilçisində qalacaq. Bu barədə "Relevo" nəşri məlumat yayıb.
Lunin klubun 2025-ci ilin yayında başa çatan müqaviləni uzatmaq təklifini qəbul edib. 25 yaşlı "əlcək sahibi" La Liqa nəhəngi ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayacaq.
Qeyd edək ki, "Real" Andrey Lunini 2018-ci ilin yayında "Zarya"dan transfer edib. Ukrayna millisinin üzvü bu mövsüm "kral klubu"nun heyətində meydana çıxdığı 30 rəsmi matçda qapısında 28 qol görüb. O, 12 görüşdə "çərçivə"ni toxunulmaz saxlamağaı bacarıb.