İngiltərə klubu baş məşqçisi ilə müqaviləni uzatdı

"Bornmut" baş məşqçisi Andoni İraola ilə müqaviləni uzadıb.

Newsport.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Tərəflər arasında yeni sözləşmə 2026-cı ilin yayına qədər nəzərdə tutulub.

42 yaşlı mütəxəssis ötən yaydan "Bornmut"a rəhbərlik edir. Bu müddət ərzində komanda 43 oyun keçirib, 17 qələbə qazanıb, 9 dəfə heç-heçə edib və 17 dəfə uduzub. 

"Bornmut" hazırda Premyer Liqanın turnir cədvəlində 11-ci yerdədir. İraola isə mövsümün ən yaxşı məşqçisi adına namizədlərdən biridir. 

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right