Sabiq "Barselona"lı "Dinamo"nu necə aldadıb?

Buxarest “Dinamo”su kuryoz hadisə ilə üzləşib.

Newsport.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

Rumıniya klubu bu ilin fevral ayında "Barselona"nın sabiq futbolçusu Edqar Ye ilə müqavilə imzalandığını açıqlayıb. Ancaq bir neçə gündür yaranan şübhələrdən sonra futbolçunun Edqar Ye yox, onun əkiz qardaşı Edelino olduğu aşkarlanıb. Oyunçunun ingilis dilində zəif bilməsi, onun yalnız portuqal dilində danışması şübhə yaradıb. 

Klub futbolçudan sənədini göstərməsini tələb edəndə o, bundan imtina edib.

Paytaxt klubu baş vermiş fırıldağa görə daha böyük zərbə də ala bilər. Sözügedən futbolçunun Edqar Ye olmadığı rəsmən sübuta yetirilsə, onun iştirakı ilə keçirilən bütün oyunlarda "Dinamo"ya texniki məğlubiyyət veriləcək. Bu da komandanın 8 xalının silinməsi deməkdir. Bunlar baş versə, "Dinamo" aşağı liqaya düşəcək.

Məsələ ilə bağlı Rumıniya Futbol Federasiyası açıqlama yayıb. Açıqlamada bildirilir: "Əgər meydana çıxan futbolçu Edqar Ye deyilsə, o zaman sanksiyalar ola bilər. DNT testinin nəticəsinə uyğun olaraq hər cür qərar verilə bilər. Əgər "Dinamo" aldadılsa və bunu sübut edə bilsə, xallarının silinməsi və aşağı liqaya düşmə riski aradan qaldırılacaq”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right