"Turan" tarixində bircə dənə şübhəli oyun xatırlayıram, onda da qapıçı sən idin....

Azərbaycanda 65 kənd rayonu var. Bu rayonlarda nəinki futbol, futbola yararlı stadionlar, meydançalar, hətta normal futbol oynamaq üçün toplar belə yoxdur. Cəmi bir neçə rayonda barmaqla sayılacaq stadionlar var. Bu isə onun göstəricisidir ki, futbol bizim kütləvi idman-mədəniyyət tədbirləri siyahısına və milli idman maraqları dairəsinə təəssüf ki aid deyil.

Ölkə ərazisində (respublika tabeli inzibati şəhərlər istisna olmaqla) futbolun kütləviliyi təmin olunan, futbola olan sevgini vətən, torpaq sevgisinə çevirən ən boyük rayon Tovuzdur. Bu faktor müzakirə obyekti deyil, doymuş, qanlara hopmuş reallıqdır. "Turan" rayonun fəxri atributudur-saz və "Turan"! Məhz sazla köklənən türkçülük, turançılıq ruhu ZƏFƏR yürüşümüzün əsasını qoydu-Tovuz döyüşlərindən qaynaqlanan coşqulu milli-mübarizlik ruhu, qəhrəman şəhidlərimizin, qazilərimizin misilsiz fədakarlığı hesabına xalqımıza ZƏFƏR titulu yaşatdı. Belə əzmin və ruhun formalaşmasında "Turan" faktoru danılmazdır. Oyun zamanı stadiona səpələnən düşmən raketləri "tu-ran, tu-ran" hayqırtıları ilə cavablandırılırdısa, bir azarkeş belə yerindən tərpənmirdisə, heç nə və heç bir qüvvə bu ruhun qarşısını ala bilməz!

Bu gün kor təbiiliyə qapanıb bazar adamları səviyyəsində "TURAN"a böhtan atmaq, onun azarkeşlərini ittiham etmək heç kimin haqqı deyil. Komanda 9 il yardımsız, köməksiz, rayon rəhbərliyinin məhdud imkanlari çərçivəsində, öz veteran futbolçularının fədakar əməyi ilə, yerli resursların, gənc futbolçuların hesabına birinci liqada mübarizə apardı. İki dəfə premyer liqaya vəsiqə qazandı, lakin kəskin bürokratik əngəllərlə məruz qalaraq bu tituldan məhrum oldu.

Kimin nə haqqı çatır o uşaqları, komanda rəhbərliyini oyun alverində günahkar hesab etsin. Mənəvi rəzillikdən doğan bu ittiham həmin illər ərzində komandanın butun yüklərini öz çiyinlərində daşıyan Nadir Nəbiyevə, Cəfərə, Eltay Aslanova, Rasim Əliyevə, Hafiz Əliyevə, Rəşid müəllimə, Süleymana və digər turançılara qarşı həqarət deyilmi? Mən də "TURAN"a rəhbərlik etmişəm, bu gün də rəhbərlikdə təmsil olunuram. Ona görə də bu böhtanları özümə də aid edirəm. Karyeranın qürub çağında, bir futbolçu kimi heç kimə lazım olmayan bir vaxtında səni öz qoynuna almış bir komandanın şərəfli tarixinə qapqara ləkə yaxmağının səbəbini anlamadım.... "Turan" tarixində bircə dənə şübhəli oyun xatırlayıram, onda da qapıçı sən idin....

Yaşar Sultanov





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right