Tokio-2020: Üç sərbəst güləşçimiz lisenziya mübarizəsinə başlayır

Bu gün Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə Dünya Olimpiya Təsnifat Turnirinə start veriləcək.

Newsport.az-ın məlumatına görə, ilk yarış günündə sərbəst güləşçilər yarışacaq. Azərbaycanın 3 təmsilçisi güləşin bu növündə qüvvəsini sınayacaq.

57 kq çəki dərəcəsində Georgi Edişeraşvili, 86 kq-da Abubakr Abakarov, 125 kq-da isə Vahid Qalayev Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanmağa çalışacaq.

Dünya Təsnifat Turniri

6 may

Sərbəst güləş

57 kq
Təsnifat: Georgi Edişeraşvili - Otari Qoqava (Gürcüstan)

86 kq
Təsnifat: Abubakr Abakarov - Uri Kalaşnikov (İsrail)

125 kq
1/8 final: Vahid Qalayev - Xose Kuba Vaskes (İspaniya)

Qeyd edək ki, görüşlər hər gün Bakı vaxtı ilə saat 11:00-da başlayacaq. Lisenziya sahiblərini müəyyənləşdirən yarımfinal qarşılaşmaları isə saat 20:00-da start götürəcək. Sərbəst güləşdə 65, 74 və 97 kq-da olimpiadaya vəsiqə təmin edilib. Şərif Şərifov (97 kq) sonuncu dünya çempionatında, Hacı Əliyev (65 kq) və Hacımurad Hacıyev (74 kq) isə Avropa Olimpiya Təsnifat turnirində bu vəzifənin öhdəsindən gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right