Azərbaycan Həndbol Federasiyasının (AHF) rəhbər heyəti müəyyənləşib.
Newsport.az məlumatına görə, bu, AHF-nin ümumi yığıncağında bəlli olub. Orxan Abbasov və Rəfiqə Şabanova federasiyanın vitse-prezidentləri seçiliblər.
İdarə Heyətinə isə İsgəndər Əsgərov, Ernest Ağakişi, Vaqif Əliyev, Ələkbər Ağakişiyev, Lyudmila Şubina və Vidadi Əliyev İdarə Heyətinə üzv kimi daxil olub.
Qeyd edək ki, 2016-cı ildən AHF-yə rəhbərlik edən Saleh Məmmədov bu gün yenidən prezident seçilib.