Yaponiyanın Kitakyuşu şəhərindəki bədii gimnastika üzrə dünya çempionatı davam edir.
Newsport.az-ın məlumatına görə, Azərbaycanın qrup hərəkətləri komandası çıxışını başa vurub.
Zeynəb Hümmətova, Ləman Əlimuradova, Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət kollektiv həm 5 topla hərəkətdə, həm də 3 halqa və 2 cüt gürzlərlə hərəkətdə 6-cı yeri tutub.