Məşhur futbolçu xokkey klubuna transfer oldu

"Çelsi" və "Arsenal"ın sabiq qapıçısı Petr Çex idmançı karyerasını bərpa edib.

Newsport.az-ın məlumatına görə, o, bu dəfə futbolda yox, xokkeydə özünü sınayacaq. 39 yaşlı veteran futbolçu İngiltərənin həvəskar buz xokkeyi komandalarından "Qildford Feniks"ə transfer olub.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Keçmiş futbolçu ilə 2021-2022-ci il mövsümünün sonuna kimi müqavilə imzalanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right